İnvestisiya xidmətləri üzrə mütəxəssis

Bakı • Daxili Bazar əməliyyatları Departamenti / Daxili Bazar • Tam Ştat

Namizədə tələblər:

●    Təhsil: Ali təhsil - İqtisadi sahələrdən olan namizədlərə üstünlük veriləcəkdir.

●    Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;

●    Kompüter bilikləri: Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;

●    İnvestisiya fəaliyyətinə və qiymətli kağızlar bazarına aid qanunvericilik üzrə biliklər və investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələri.

 

Tələb olunan bacarıqlar:

●    Dəqiqlik və Detallara Diqqət: Hər bir sənədin düzgün tərtibi və məlumatların doğruluğu vacibdir;

●    Zaman İdarəetməsi və Prioritetləşdirmə: Vaxtı düzgün idarə etmək və ən önəmli işləri öncəliklə həll etmək bacarığı;

●    Sənədlərlə Hüquqi və Normativ Qaydalara Uyğun İşləmək: Hüquqi tələbləri və standartları bilmək və onlara riayət etmə bacarığı;

●    Ünsiyyət və Təsir Etmək: Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı;

●    Problemləri Həll Etmək: Qarşıya çıxan çətinliklərə sürətli və doğru həll yolları tapmaq.

●    Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq

 

Vəzifə öhdəlikləri:

●    İnvestisiya xidmətlərinin effektiv aparılmasında və təklif edilməsində aktiv iştirak etmək;

●    Bazarın gündəlik monitorinqi və bazar trendlərinin təhlili

●    Qiymətli kağızlar və investisiya xidmətləri üzrə investisiya təkliflərinin hazırlanması

●    İnvestisiya əməliyyatlarının icrasında iştirak və əməliyyatların düzgünlüyünə nəzarət

●    Müştərilərə investisiya məhsulları və bazar şərtləri barədə məlumat və məsləhətlərin verilməsi

●    İnvestisiya qərarlarının mövcud qanunvericilik və daxili qaydalara uyğunluğunun təmin edilməsi

●    Qanunvericilik və daxili qaydalar ilə tələb olunan hesabat və məlumatların hazırlanması

●    Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində iştirak etmək;

●    Müştəri sifarişlərinin icrasını təmin etmək və mövcud əməliyyatların müvafiq sistemə daxil edilməsi və aparılması həyata keçirmək;

●    Sorğuların operativ həlli vasitəsilə müştəri məmnuniyyətinin davamlı yüksəldilməsi

●    Daxili nəzarət, audit və komplayens tələblərinə prosedurlarına tam uyğunluğun təmin edilməsi

●    Cəmiyyəti təmsil edən nümayəndə qismində tədbir, treyninq, konfrans və seminarlarda iştirak etmək və ya çıxışlar etmək.


Təklif edirik:

●    İş saatları: 09:00 - 18:00;

●    İstirahət günləri: Şənbə və Bazar;

●    Nahar: Şirkət tərəfindən təmin olunur;

●    Tibbi sığorta: Təmin edilir.