İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs

Bakı • İnformasiya Təhlükəsizliyi / İnformasiya Təhlükəsizliyi üzrə məsul şəxs • Tam Ştat

Əsas vəzifələr:


Şirkətin İT və fiziki təhlükəsizlik sistemlərinin idarə olunması və monitorinqinin aparılması;


Təhlükəsizlik siyasətləri və prosedurlarının hazırlanması və tətbiqi;


Məlumatların qorunmasının təmin olunması və kibertəhlükəsizlik risklərinin idarə olunması;


Şəbəkə və sistem təhlükəsizliyinə nəzarət edilməsi;


Təhlükəsizlik insidentlərinin təhlili və operativ cavab tədbirlərinin həyata keçirilməsi;


Rəhbərliyə təhlükəsizliklə bağlı mütəmadi hesabatların təqdim olunması.


Namizədə tələblər:


İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və ya müvafiq sahə üzrə ali təhsil;


İT və informasiya təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi;


Şəbəkə təhlükəsizliyi, firewall-lar və antivirus sistemləri barədə biliklər;


Azərbaycan dili və ingilis dilində sərbəst danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);


Analitik düşüncə və problem həll etmə bacarığı;


Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi.


Təklif edirik:


İş saatları: 09:00 - 18:00;

İstirahət günləri: Şənbə və Bazar;

Nahar: Şirkət tərəfindən təmin olunur;

Tibbi sığorta: Təmin edilir.