Ofis Meneceri

Bakı • İnzibati İdarəetmə Departamenti / Xidmət bölməsi • Tam Ştat

Namizədə tələblər:

- Təhsil : Ali;

- Yaş : 18 - 35;

- İş stajı : müvafiq sahədə ən azı 1 il;

- Dil biliyi: Azərbaycan və Rus dillərini mükəmməl bilmək;

- Kompüter biliyi: MS Office (yüksək səviyyədə).


Cəhətlər:

- Yüksək ünsiyyət, dinləmə və təqdim etmə bacarıqları;

- Peşəkar yanaşmaya və intizama malik olmaq;

- Məsuliyyətli və operativ olmaq;

- Gülərüz, səliqəli görünüşdə olmaq.


Əsas vəzifələr:

- Şirkətə daxil olan zənglərin qəbulu və yönləndirilməsi;

- Şirkətə gələn müştərilərin qəbulu və yönləndirilməsi;

- Karguzarlıq və ofis daxili işlərin təşkili;

-Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ icrası.


- İş saatları: 09:00-18:00;

- İstirahət günləri: Şənbə, Bazar;

- Tibbi sığorta;

- Nahar şirkət tərəfindən təmin edilir.