Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq ixtisas şəhadətnaməsi üzrə imtahana hazırlaşmağa və zəruri bilikləri mənimsəməyə hazır olmaq;
- Ünsiyyət, komanda ilə işləmək və problemlərin həllinə dəstək göstərmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və öyrənmək həvəsi;
- Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;
- Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;
- Yaş həddi - 20-25.
Vəzifə öhdəlikləri:
- İnvestisiya xidmətlərinin aparılmasında və təklif edilməsində aktiv iştirak etmək;
- Vəzifə üzrə qanunvericiliklə nəzərdə tutulan ixtisas şəhadətnaməsini almaq məqsədilə müvafiq imtahanı uğurla vermək;
- Müştəriləri şirkətin investisiya xidmətləri və əməliyyatların gedişi barədə məlumatlandırmaq;
- Müştəri sifarişlərinin qeydə alınması və emalı prosesinə dəstək göstərmək;
- Daxil olan sorğuların cavablandırılmasında və yaranan məsələlərin həllində iştirak etmək;
- Aparılan əməliyyatlar üzrə hesabatların hazırlanmasını təmin etmək;
- Müştəri və əməliyyatlar üzrə məlumatları toplamaq, düzgünlüyünü və tamlığını yoxlamaq, müvafiq sistemlərdə qeydiyyatını aparmaq;
- Müştərilərə göstərilən xidmətin təkmilləşdirilməsi üçün tövsiyələr irəli sürmək;
- Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində iştirak etmək;
- Daxili qaydalara, prosedurlara və məxfilik tələblərinə riayət etmək;
- Vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək.
Təklif edirik:
- İş saatları: 09:00 - 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta: Təmin edilir.