Audit üzrə mütəxəssis

Bakı • Audit Departamenti / Audit • Tam Ştat

Namizədə tələblər:

  • Təhsil: Ali (İqtisadi təhsil);
  • İş təcrübəsi: 4 il;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta;
  • Kompüter bilikləri: Yüksək;
  • Maliyyə Bazarları sahəsində qanunvericiliyə dair biliklər.


Səriştələr:

  • Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.


Vəzifə öhdəlikləri:

  • Şirkətin aktivlərinin idarə edilməsini və xərclərin effektivliyini qiymətləndirmək, optimallaşdırma üzrə tövsiyələr vermək;
  • Maliyyə hesabatlarının dəqiqliyini, tamlığını və etibarlılığını yoxlamaq, mümkün uyğunsuzluqları müəyyən etmək;
  • Risklərin və boşluqların aşkar edilməsi, onların qarşısının alınması üçün adekvat tədbirlərin tövsiyə olunması;
  • Şirkətin informasiya sistemləri və avtomatlaşdırılmış əməliyyat proseslərinin effektivliyini, adekvatlığını qiymətləndirmək və uyğunluğunu təmin etmək;
  • Təsdiq olunmuş audit prosedurlarına əsasən audit prosesini həyata keçirmək və yüksək keyfiyyətli xidmət səviyyəsini qorumaq;
  • Biznes proseslərinin daxili qaydalara və prosedurlara uyğun icrasını təmin etmək və nəzarət mexanizmlərini inkişaf etdirmək;
  • Mövcud prosedurların təkmilləşdirilməsi istiqamətində təhlillər aparmaq və yenilənməsinə dair təkliflər vermək;
  • Prosedur və təlimatlarda nəzərdə tutulan tələblərin düzgün icrasına nəzarəti davamlı şəkildə həyata keçirmək;
  • Aylıq audit hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.


Təklif edirik:

  • İş saatları: 09:00-18:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Nahar;
  • Tibbi sığorta.